Daha bir ulduz futboldan getdi

Braziliyalı futbolçu Ronaldinya peşəkar karyerasını rəsmən bitirib. SportLine.az xəbər verir ki, bu barədə futbolçunun qardaşı Roberto de Assis Moreyra məlumat verib.

Ronaldinyo 37 yaşında futboldan gedib. O, karyerası ərzində "Qremio", PSJ, "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro", "Keretaro" kimi klubların şərəfini qoruyub. Onun sonuncu iş yeri isə "Fluminense" olub.