Dan Aşvort yeni klubu ilə müqavilə imzalayıb
Dan Aşvort yeni klubu ilə müqavilə imzalayıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, ingiltərəli təcrübəli idman direktoru karyerasını "Mançester Yunayted"də davam etdirəcək.
Dan Aşvort bu gün "qırmızı şeytanlar"la yeni müqavilə imzalayıb. "Mançester Yunayted" bundan başqa əzəli rəqibi "Mançester Siti"nin baş icraçı direktoru Omar Berrada ilə də razılaşıb.
Qeyd edək ki, "Mançester Yunayted" klubu 2023-cü ilin ən bahalı futbolçu transfer edən komandaları siyahısına 1,52 milyard avro ilə liderlik edib.