Dana Uaytdan Makqreqorla bağlı açıqlama
MMA ulduzu Konor Makqreqor pərəstişkarlarını intizarda qoymaqdadır.
Sportline.az xəbər verir ki, irlandiyalı döyüşçü bu il oktaqona çıxmayacaq.
Bu haqda UFC-nin prezidenti Dana Uayt açıqlama verib.
"Biz onunla danışdıq. Konor döyüşmək istəyir. Amma, bu il yox", - deyə Uayt ESPN-ə açıqlamasında bildirib.
Qeyd edək ki, Konor yüngül çəki dərəcəsində Maykl Çendlerlə üz-üzə gəlməlidir.