Dani Alveş məhz buna görə Kriştiano Ronaldodan daha yaxşı olduğunu deyib
Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Dani Alveş maraqlı açıqlaması ilə diqqət çəkib.
Sportline.az ESPN nəşrinə istinadən xəbər verir ki, insanların “Real Madrid”in daha çox titul qazandığı üçün “Barselona”dan böyük klub olduğunu deməsinə münasibət bildirib.
“Əgər insanlar “Real Madrid”in “Barselona”dan daha böyük olduğunu sadəcə daha çox kubok qazandığı üçün deyirlərsə, eyni məntiqlə mən də Kriştianu Ronaldodan daha yaxşıyam. Çünki ondan daha çox kubok qazanmışam”, - deyə Dani Alveş bildirib.