Dani Karvaxal karyerası ilə bağlı qərar verdi

“Real Madrid”in kapitanı Dani Karvaxal karyerası ilə bağlı qərar verdi.

Sportline.az xəbər verir ki, 33 yaşlı sağ cinah müdafiəçisi klubda qalmaq niyyətindədir.

Bu haqda “Diario As” nəşri məlumat yayıb.

Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm 8 rəsmi matçda iştirak edib.