Dani Kintana İspaniyada əməliyyat olunacaq
"Qarabağ"ın zədəli futbolçusu Dani Kintana əməliyyat olunmaq üçün bu gün gecə saatlarında İspaniyaya gedəcək.
SportLine.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, Topaz Premyer Liqasının 16-cı turunda AZAL-la oyunda D.Kintananın diz bağları qırılıb. Onun ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.