Daniel Munoz Avropa nəhənginə keçə bilər

"Kristal Pelas"ın kolumbiyalı sağ cinah müdafiəçisi Daniel Munoz karyerasını "Paris Sen-Jermen"də davam etdirə bilər.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, PSJ bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.

29 yaşlı futbolçunun London klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, D.Munozla "Barselona"da yaxından maraqlanır.