Daniel Munoz “Kristal Pelas”ı tərk edə bilər

"Kristal Pelas"ın sağ cinah müdafiəçisi Daniel Munoz Avropa nəhənglərinin maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, "Çelsi" və PSJ sözügedən futbolçunun transfer etmək niyyətindədir.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Qeyd edək ki, D.Munoz cari mövsüm meydana çıxdığı 19 matçda 2 qol, 2 asistlə yadda qalıb.