Daniel Munyoz "Kristal Pelas"ı tərk edir

"Kristal Pelas"ın kolumbiyalı futbolçusu Daniel Munyoz klubdan ayrılmağa hazırlaşır.

Sportline.az "Antena 2"yə istinadən xəbər verir ki, "Barselona", "Çelsi" və "Mançester Siti" Munyozla yaxından maraqlanır.

28 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 27 matçda 2 qol və 4 asistlə yadda qalıb. 

Qeyd edək ki, Munyozun "Kristal Pelas"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.