Dario Frederiko "Kəpəz"ə qoşuldu

"Kəpəz" Topaz Premyer Liqanın 15-ci turunda "İnter"lə keçiriləcək oyunun hazırlığına start verib. 

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlaşır. 
 
Türkiyədə bir müddət əvvəl hökm sürən qeyri-sabit hava şəraitinə görə vətəni Braziliyada ləngiyən hücumçu  Dario Frederiko da artıq komandaya qoşulub və məşqlərdə iştirak edir.

Banner