Darvin Nunyez Premyer Liqaya qayıdır

"Tottenhem" "Liverpul"un sabiq forvardı Darvin Nunyezi heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

26 yaşlı futbolçunun "Əl-Hilal"la sözləşməsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 24 matçda 9 qol, 5 asistlə yadda qalıb.