Daum Ştefan Kuntzu Türkiyəyə gəlməkdən çəkindirib

"Fənərbağça", "Beşiktaş" və "Bursaspor" klublarında çalışmış alman Kristof Daum, həmyerlisi Ştefan Kuntzun Türkiyənin milli komandasına baş məşqçi təyinatı ilə bağlı diqqət çəkən açıqlamalar verib.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis "Bild"ə müsahibəsində vəzifəyə başlamazdan əvvəl Kuntz ilə danışdığını və ona bu qərarının bir intihar olduğunu deyib: 

"Kuntz ilə işə başlamazdan əvvəl danışdım. Tam intihar missiyası olduğunu dedim".

Alman məşqçi daha sonra fikrinə "Ona Türkiyə milli komandasını deyil, bir klubun təklifini qəbul etməsini söylədim" sözlərini əlavə edib.