David Alabanın son durumu
"Real"ın müdafiəçisi David Alabanın son durumu açıqlanıb.
Sportline.az xəbər verir ki, ön çarpaz bağları qırılan avstriyalı futbolçunun bərpa prosesi uzanır.
Bu haqda "Relevo" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, oktyabrda sıraya dönəcəyi gözlənilən müdafiəçi ən tezi yanvarda zədəsini tam sağalda biləcək.
Hazırda o, fərdi məşqləri davam etdirməkdədir.
Qeyd edək ki, Alaba 2023-cü ilin 18 dekabrnda “Villareal”la matçda ağır zədə almışdı.