DÇ-2016: Millimiz 1/8 finalda

Kolumbiyada futzal üzrə Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, bu gün millimiz qrup mərhələsində son oyununa çıxıb. Rəqib İran seçməsi olub.

Gərgin mübarizədə qalib müəyyənləşməyib - 3:3. Top fərqində İranı üstələyən seçməmiz tarixində ilk dəfə qatıldığı dünya çempionatında 1/8 finala yüksəlib. Növbəti rəqib Tailand seçməsi olacaq.

19 sentyabr 2016
Futzal, Dünya çempionatı
"F" qrupu, 3-cü tur


Azərbaycan - İran - 3:3
QOLLAR:
Bolinya, Qallo (2); Esmaelpur, Tavakoli, Tayebi.
Hakimlər: Sezar Malaqa (Peru), Kristofer Sinkleyir (Yeni Zelandiya), Alessandro Malfer (İtaliya)
Medelin. “Coliseo Ivan de Bedout”

Standings provided by Sofascore LiveScore