DÇ-2016: Millimizin potensial rəqibi müəyyənləşdi, Braziliya məğlub oldu
Kolumbiyada keçirilən futzal üzrə Dünya çempionatının 1/8 final mərhələsində növbəti oyunlar keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin də 1/4 finaldakı potensial rəqibi müəyyənləşib. Seçməmiz Tailandı məğlub edəcəyi təqdirdə Portuqaliya futzalçıları ilə üz-üzə gələcək.
Gecənin sensasiyası Braziliya - İran oyununda qeydə alınıb. Asiyalılar gözlənilmədən "sambaçılar"ı mübarizədən kənarlaşdırıb.
22 sentyabr 2016
Futzal, Dünya çempionatı, 1/8 final
Braziliya – İran – 4:4, pen.2:3
İspaniya – Qazaxıstan – 5:2
Portuqaliya – Kosta-Rika – 4:0