DÇ-2018: Azərbaycan 1/4 finalda

Bu gecə futzal üzrə Dünya çempionatında son 1/4 finalçılar müəyyənləşib. SportLine.az xəbər verir ki, tarixində ilk dəfə Mundiala vəsiqə qazanan Azərbaycan millisi də bu gün növbəti oyununa çıxıb. Rəqib Tailand seçməsi olub. 

Qrup mərhələsini 2-ci pillədə tamamlayan futzalçılarımızın şansları daha yüksək qiymətləndirilirdi. Ancaq təcrübəli futzalçılardan təşkil olunan Asiya təmsilçisi də meydançaya məğlub olmaq üçün çıxmamışdı.

Gözlənildiyi kimi, gərgin mübarizə ilə yadda qalan matçda cütün taleyi əlavə vaxtda həll olunub. Burada daha yaxşı təsir bağışlayan Azərbaycan millisi adını Dünya çempionatının 1/4 finalına yazdırıb. Bu mərhələdə isə futzalçılarımız Portuqaliya ilə üz-üzə gələcəklər.

23 sentyabr 2016
Futzal, Dünya çempionatı, 1/8 final

Tailand - Azərbaycan - 8:13 (ƏLAVƏ VAXTDA)
QOLLAR: 
Tueanklanq, 8.19; 12.17. Vonqkaeo, 17.44; 18.21; 25.10. Sornviçian, 21.42. Çudeç, 36.30; 44.16 - Vassura, 3.27; 43.17. Fineo, 5.45; 12.49; 43.31; 47.21; 48.10. Vitali Borisov, 13.34. Bolinya, 27.28; 25.56; 40.14. Poletto, 30.59. Rövşən Hüseynli, 48.34.

Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya); Jianqiao Liu (Çin); Reks Kamusu (Solomon adaları); Lans Vanhaitsma (ABŞ)