DÇ: Azərbaycan Hindistanla heç-heçə etdi
Qazaxıstanın paytaxtı Astana şəhərində şahmat üzrə komandalararası Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə iştirakçı komandalar 7-ci tur çərçivəsində münasibətləri aydınlaşdırıb.
İlk 6 turdan sonra hesabına 1 qələbə yazan seçməmizin bu dəfəki rəqibi Hindistan komandası olub. görüşdə qalib müəyyənləşməyib.
12 mart 2019
Şahmat, Komandalararası Dünya çempionatı
7-ci tur
Azərbaycan - Hindistan - 2:2
Arkadi Naydiç - Baskaran Adhiban - 0,5:0,5
Qədir Hüseynov - Krişnan Saşikiran - 0,5:0,5
Eltac Səfərli - Surya Şexar Qanquli - 0,5:0,5
Nicat Abbasov - Panayapan Seturaman - 0,5:0,5
Çin - İsveç - 2,5:1,5
İngiltərə - Misir - 2,5:1,5
Qazaxıstan - İran - 1,5:2,5
ABŞ - Rusiya - 1,5:2,5
Turnir cədvəli:
1. Rusiya - 12
2. İngiltərə - 11
3. Hindistan - 10
4. Çin - 8
5. ABŞ - 8
6. İran - 7
7. Azərbaycan - 5
8. Qazaxıstan - 4
9. İsveç - 4
10. Misir - 1