DÇ: Azərbaycan İsveçə də məğlub oldu

Qazaxıstanın paytaxtı Astana şəhərində şahmat üzrə komandalararası Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə iştirakçı komandalar 4-cü tur çərçivəsində münasibətləri aydınlaşdırıb.

Azərbaycan seçməsinin rəqibi İsveç şahmatçıları olub. Komandamız bu dəfə də qələbə qazana bilməyib.

08 mart 2019
Şahmat, Komandalararası Dünya çempionatı
4-cü tur

İsveç - Azərbaycan - 3:1

Nils Qrandelius - Arkadi Naydiç - 1:0
Hans Tikkanen - Rauf Məmmədov - 0:1
Erik Blumkvist - Qədir Hüseynov - 1:0
Linus Yohansson - Eltac Səfərli - 1:0

ABŞ - Qazaxıstan - 2:2
Rusiya - İngiltərə - 2:2
Hindistan - Çin - 2:2
İran - Misir - 3:1

Turnir cədvəli:

1. Rusiya - 7
2. Hindistan - 6
3. ABŞ - 6
4. İngiltərə - 6
5. İran - 5
6. Qazaxıstan - 4
7. Çin - 3
8. İsveç - 2
9. Azərbaycan - 1
10. Misir - 0