DÇ: Azərbaycan seçməsi Çinə uduzdu

Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi komandalararası Dünya çempionatında mübarizəyə başlayıb. SportLine.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan Mundialda ilk rəqib Çin komandası olub. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb.

İlk turdan sonra Azərbaycan komandası 9-cu yerdədir. Növbəti rəqib İngiltərə seçməsi olacaq.

Seçməmizi Dünya çempionatında Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edir. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov digər yarışlara hazırlıq səbəbilə Astanaya yollanmayıb. 

9 turdan ibarət dünya çempionatına martın 14-də yekun vurulacaq.

05 mart 2019
Şahmat, Dünya çempionatı
1-ci tur

Çin - Azərbaycan - 3,5:0,5

Liren Dinq ⚪ - ⚫ Rauf Məmmədov - 1:0
Yanqyi Yu ⚫ - ⚪ Qədir Hüseynov - 1:0
Yi Vei ⚪ - ⚫ Eltac Səfərli - 1:0
Xianqji Bu ⚫ - ⚪ Nicat Abbasov - 0,5:0,5

Hindistan - İsveç - 3,5:0,5
İran - Rusiya - 1,5:2,5
Misir - ABŞ - 1:3
İngiltərə - Qazaxıstan - 2,5:1,5