DÇ iştirakçılarının sayı niyə artırılır?

FİFA-nın 20126-cı il dünya çempionatının iştirakçılarının sayını 32-dən 48-ədək artırması birmənalı qarşılanmır. Sportline.az xəbər verir ki qurumun prezidenti və ideyanın əsas müəllifi Cianni İnfantino məsələyə münasibət bildirib. O, BBC-yə açıqlamasında deyib ki: "Futbol üzrə dünya çempionatının formatındakı dəyişiklik maliyyə ilə deyil, idmanla bağlıdır".  Bu addımı XXI əsrdə futbolu xarakterizə edən tarixi qərar kimi qiymətləndirən funksionerin fikrincə  sayın 32-dən 48-ə yüksəldilməsi inkişafa yol açacaq: "Hamı Avropa futbolunun uğuruna sevinir, amma qitədən kənarda da futbol inkişaf etməlidir. Klubların iradları təqvimlə və oyunçuların yüklənmələri ilə bağlı idi. Biz onların tələblərini yerinə yetirdik. Yenə eynilə 32 gün və maksimum 7 qarşılaşma oynanılacaq".