De Brüyn və Eden Hazardın son durumu açıqlandı

Belçika millisinin baş məşqçisi Roberto Martines zədəli Kevin de Brüyn və Eden Hazardın son durumunu açıqlayıb.

Sportline.az xəbər verir ki, mütəxəssis bu futbolçuların  Avro-2020-nin 1/4 finalında İtaliya ilə oyunadək hazır ola biləcəklərini deyib:

"Bu turnir hələ onlar üçün bitməyib. Matçdan əvvəl son 24 saat ərzində futbolçuların bədənlərinin necə reaksiya verdiyini görməliyik. Cümə günü İtaliya ilə görüşdə oynaya bilərlər. Hələlik vəziyyətləri yaxşıdır".

Qeyd edək ki, Belçika - İtaliya qarşılaşması iyulun 2-də Bakı vaxtı ilə 23:00-da başlanacaq.