De Brüyne "Mançester Siti"dən ayrılmaq istəyir
"Mançester Siti"nin belçikalı ulduz futbolçusu Kevin De Brüyne klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, De Brüyne MLS-də çıxış etmək niyyətindədir.
Kevinin "Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, 33 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 35 milyon avrodur.
K.De Brüyne bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 2 qol və 2 asistlə yadda qalıb.