De Xea Madridə qayıdır

"Mançester Yunayted"in qapıçısı David de Xea karyerasını La Liqada davam etdirə bilər.

SportLine.az "Marca"ya istinadən xəbər verir ki, qolkiperin xidmətində maraqlı olan Madrid "Real"ı artıq "qırmızı şeytanlar"la məsələni müzakirə edib. Tərəflər arasında əldə olunan razılığa əsasən de Xea yay transfer pəncərəsində vətəninə dönəcək. Futbolçunun keçidi 75 milyon avroya başa gələcək. 

Məlumatda qeyd olunur ki, Joze Mourinyo hazırda icarə əsasında "Torino"da çıxış edən "Mançester Siti"nin qapıçısı - Co Hartı komandasında görmək niyyətindədir.