De Yonq “Barselona”dan ayrılmaq üzrədir

“Barselona” niderlandlı futbolçusu Frenki De Yonqla yollarını ayırmaq istəyir.

Sportline.az “Diario Sport”a istinadən xəbər verir ki, “Əl-Hilal” klubu De Yonqu heyətinə qatmaq niyyətindədir.

“Barselona” 27 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, De Yonqun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

O cari mövsüm 21 rəsmi matçda iştirak edib. Aktivində 2 qol və 1 məhsuldar ötürmə var.