Deko Reşfordun “Barselona”da qalmasını istəyir

“Barselona”nın idman direktoru Deko ingiltərəli futbolçu Markus Reşfordu klubda qalmasını istəyir.

Sportline.az xəbər verir ki, 28 yaşlı sol cinah vingerinin transfer qiyməti 30 milyon avrodur.

Bu haqda “The Times” nəşri məlumat yayıb.

Qeyd edək ki, Reşford “Barselona”da 1 illik icarə əsasında çıxış edir. Sözügedən oyunçu müqavilə əsasında “Mançester Yunayted”ə məxsusudur.

O, bu mövsüm Kataloniya klubunun heyətində bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 6 qol, 9 asistlə yadda qalıb.