Del Pyeronun son durumu

İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Alessandro Del Pyeronun səhhəti normallaşıb.
 
Sportline.az xəbər verir ki, veteran hücumçu xəstəxanadan evə buraxılıb. 45 yaşlı italiyalı instaqram hesabında bu barədə paylaşım edib:

 

"Gözəl mesajlarınız üçün hamınıza təşəkkür edirəm. Özümü daha yaxşı hiss edirəm. Artıq evdəyəm".

 
Qeyd edək ki, böyrəyində daş aşkarlanan Del Pyero, ötən gün xəstəxanaya yerləşdirilmişdi.