Dele Alli ilə 4 klub maraqlanır

Azad agent statusunda olan Dele Alli karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Real Oviedo, "Sevilya", "Elçe" və "Xetafe" sözügedən oyunçunun heyətinə qatmaq üçün hərəkətə keçib.

Bu haqda "Talk Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvünün son klubu "Komo" olub.