Dembele: “Daşınmaz əmlak işinə girəcəm”

“Paris Sen-Jermen” klubunun fransalı futbolçusu Osman Dembele maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az “The Bridge” qəzetinə istinadən xəbər verir ki, Osman Dembele jurnalistlərə müsahibəsində bu fikirləri səsləndirib;

“Mən karyeramı 34 yaşında bitirmək istəyirəm. Sonra daşınmaz əmlakla məşğul olacağam. Afrika və Fransaya sərmayə qoymaq planlarım var”, - deyə O.Dembele bildirib.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 5 qol və 5 asistlə yadda qalıb.