Dembele üçün 120 milyon avro
Dortmund "Borussiya" Usman Dembeleni satmağa hazır olduğunu bildirib.
SportLine.az "Bild"ə istinadən xəbər verir ki, "arılar" 120 milyon avro müqabilində futbolçu ilə vidalaşa bilər.
Qeyd edək ki, son günlər U.Dembelenin adı "Barselona" ilə hallanır. Neymarın gedişindən sonra boş qalan yeri kataloniyalılar fransalı futbolçu ilə doldurmaq niyyətindədirlər.