Dəniz Yılmaz kənarda qaldı

Millimizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor"un Türkiyə kubokunun 3-cü turunda ikinci liqa təmsilçisi "Aydınspor"la oyun üçün iştirak ərizəsi açıqlanıb. Millimizin futbolçusu D.Yılmaz heyətə daxil edilməyib.Komandanın baş məşqçisi Hamza Hamzaoğlu D.Yılmazla yanaşı, komandanın digər aparıcı üzvləri  Batalla, Erdem, Jorqueraya istirahət verib. Qeyd edək ki, "Aydınspor" - "Bursaspor" görüşü Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

qol.az