Dəniz Yılmazın transfer qiyməti açıqlandı
Türkiyənin "Barsaspor" komandasının şərəfini qoruyan milli komandamızın üzvü Dəniz Yılmazın transfer qiyməti açıqlanıb. Bursalılar "Yeni Malatyaspor"un hədəfində olan forvardın keçidi üçün 500 min avro tələb edirlər. Qeyd edək ki, Dəniz Yılmaz "Bursaspor"a 2016-cı ildə "Trabzonspor"dan transfer olunub. O, ötən mövsümün sonlarında komandadan kənarlaşdırılsa da, yeni baş məşqçi Paul Le Quen tərəfindən heyətə qaytarılıb.