Denzel Dumfiris İngiltərəyə köçür?
"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfiris yanvar ayında komandasını dəyişə bilər.
Sportline.az jurnalist Nikola Şıkiranın məlumatına istinadən xəbər verir ki, adı açıqlanmayan iki İngiltərə klubu niderlandlı futbolçunu heyətinə qatmağı planlaşdırır.
29 yaşlı oyunçunun sərbəst qalma məbləği 25 milyon avrodur.
Qeyd edək ki, Dumfiris bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 3 qolla yadda qalıb.