Derbi della Madonina: Düşərgələrdəki son durum
İtaliya A Seriyasında 23-cü tur Derbi della Madonina ilə əlamətdar olacaq.
Sportline.az xəbər verir ki, "Milan" "San Siro" stadionunda "İnter"lə qarşılaşacaq.
"Milan"da itkilərin sayı kifayət qədərdir. Alessandro Florenzi, Emerson Royal, Malik Tiav, Matteo Qabbia, Ruben Loftus-Çik zədə, Youssouf Fofana isə cəza səbəbindən matçı buraxmalı olacaq.
"İnter"də isə Raffaele Di Cennaro komandasına kömək edə bilməyəcək.
Oyunun ədalət təmsilçisi Daniele Çiffi olacaq.
Qeyd edək ki, "Milan" - "İnter" matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.