Derbi məğlubiyyətindən sonra: "Hər oyunda qələbəyə hazır olun"

"Fənərbağça"nın baş məşqçisi Jorji Jezuş "Qalatasaray"a məğlubiyyətdən sonra komandası ilə özəl görüş keçirib.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasını ruhlandırmaq üçün futbolçularla söhbət edib:

"Siz həmişə qalib gəlmisiniz və buna davam edəcəksiniz. Mənim sizə inamımda heç bir şübhə yoxdur. Özünüzü toplayın və bundan sonrakı hər matçı qazanmaq üçün hazır olun. Sizdən əvvəlki kimi hər oyunda 3 xal qazanaraq seriya əldə edən komanda istəyirəm".