Derbi sülhlə başa çatdı
İtaliya A Seriyasında 23-cü tur Derbi della Madonina ilə əlamətdar olub.
Sportline.az xəbər verir ki, "Milan" "San Siro" stadionunda "İnter"lə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
"Milan" 1:1 "İnter"
Qollar: Ticani Reynders, 45, Stefan De Fray, 90+3
Qeyd edək ki, "Milan" 35 xalla 8-ci, "İnter" isə 51 xalla 2-ci pillədə yer alıb.