"Detroit Pistons"un baş məşqçisi qəzəbini gizlədə bilməyib

"Detroit Pistons"un baş məşqçisi Mont Uliams qəzəbini gizlədə bilməyib.

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "Nyu Yorks Niks" görüşündə məğlub olduqdan sonra hakimlərin üzərinə gedib.

Təcrübəli çalışdırıcı Mont Uliams qarşılaşmadan sonra açıqlamasında :" Hakimlərin yalnış qərarlarında bezdim. Bəsdir daha, bizi məğlub etmək üçün hər şeyi edirlər. Ədalətli olmağı bacarmırlar",-deyib.

Qeyd edək ki, "Detroit Pistons" oyunun bitməsinə 2,1 saniyə qalmış 2 xal fərqlə geriyə düşüb və 113-111 hesabı ilə məğlub olub.