Devinson Sançes: "Yanvar ayında heç bir kluba transfer olmayacam"
"Qalatasaray"ın kolumbiyalı futbolçusu Devinson Sançes karyerası ilə bağlı qərar verib.
Sportline.az "Nexus Sports"a istinadən xəbər verir ki, Devinson Sançes yanvar ayında "Qalatasaray"dan ayrılmayacağını açıqlayıb.
"Yanvar ayında heç bir kluba transfer olmayacam. Burada "Qalatasaray"da qalacam. Mövsümün sonunda nələr olacaq hələ ki, bilmirəm", - de D.Sançes bildirib.
Qeyd edək ki, Devinson Sançesin "Qalatasaray"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Onun transfer dəyəri 25 milyon avro olaraq təyin edilib.
28 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 16 matçda 2 qol və 1 asistlə yadda qalıb.