“Deyərdim ki, matç ərzində bəxtimiz gətirmədi”
"Mən oyundan öncə "mərhələni keçəcəyik" dediyimi xatırlamıram.
Sportline.az xəbər verir ki, bunu "Ferentsvaroş"un (Macarstan) baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.
O, mübarizəni dayandırdıqları üçün üzgün olduqlarını ifadə edib:
"Mən oyundan öncə "mərhələni keçəcəyik" dediyimi xatırlamıram. Sadəcə iki oyunun nəticəsinə əsasən qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Ümumilikdə 1 top fərqlə uduzduq. Baxmayaraq ki, məğlub olmağı sevmirəm. Deyərdim ki, matç ərzində bəxtimiz gətirmədi. Baxmayaraq ki, qaşrılaşmaya yaxşı başlamışdıq".
Mütəxəssis "Qarbağ"ın futbolçusu Kadi Borgesi fərqləndirib:
"Qarabağ"ın heyətində Kadi Borges yaxşı futbolçudur. Mən onunla təxminən 2 həftə vaxt keçirdim. O, bizim heyətimizdə yer alarkən onun futbolçu keyfiyyətlərini tam görə bilməmişdik. Bununla belə, hazırda "Ferentsvaroş"un heyətində güclü futbolçular yer alıb".
Qeyd edək ki, "Qarabağ" - " Ferentsvaroş " oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə bitib. Səfərdəki ilk matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinmişdi.