Dimarko İtaliya klubu ilə müqavilə bağlayacaq

"İnter"in sol cinah müdafiəçisi Federiko Dimarko klubla yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, rəhbərlik 28 yaşlı futbolçunun çıxışından razıdır.

Bu haqda insayder Nikola Şıkira məlumat yayıb.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm meydana çıxdığı 31 matçda 6 qol, 13 asistlə yadda qalıb.