Dibala 1 ay olmayacaq

"Roma" klubunda ciddi itki baş verib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Paulo Dibala sıradan çıxıb.

Argentinalı futbolçu dizindəki zədəyə görə əməliyyat olunub və 32 yaşlı forvard təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir. Argentina millisinin üzvü bu mövsüm “canavarlar”ın heyətində 22 rəsmi oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.