Dibala İstanbul nəhənginə transfer olmağa yaxındır

"Roma"nın argentinalı futbolçusu Paulo Dibala yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az insayder Yağız Sabuncuoğlunun məlumatına istinadən xəbər verir ki, "Qalatasaray" Dibalanın transferi üçün hərəkətə keçib. 

"Qalatasaray" - "Trabzonspor" matçını Karlos Novel izləyənlər arasında olub.

Karlos Novel Dibalanın meneceridir. Dibalanın "Qalatasaray"a transfer olma ehtimalı yüksəkdir.

Hazır da İstanbulda danışıqlar davam edir.

Qeyd edək ki, Dibala "Roma"dan ayrılmaqda israrlıdır.

Təcrübəli futbolçu "Qalatasaray"a transfer olmağa müsbət yanaşır.

Dibala cari mövsümdə çıxış etdiyi 18 matçda 2 qol və 1 asistlə yadda qalıb.

Xatırladaq ki, Paulonun hazır ki dəyəri "Transfermarkt" portalına görə 12 milyon avrodur.