Dibala mövsümün sonunda ayrılacaq

"Roma"nın argentinalı futbolçusu Paulo Dibala mövsümün sonunda komandasını dəyişəcək.

Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəlumat yayıb.

32 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 22 matçda 3 qol, 4 asistlə yadda qalıb.

Qeyd edək ki, P.Dibalanın dəyəri 5 milyon avrodur.