Dieqo Semione Azərbaycana səfərdən danışdı
Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının püşkatmasına münasibət bildirib. Sportline.az xəbər verir ki, argentinalı mütəxəssis, İspaniya mətbuatına açıqlamasında Bakıya uzun səfərdən narahatlığını gizlətməyib: "Biz güclü rəqabət vəd edən çox maraqlı qrupa düşmüşük. Fikrimcə, imkanlarımız "Roma" və "Çelsi" ilə eyni qiymətləndirilə bilər. Bizi həmçinin, Azərbaycana çətin yolçuluq gözləyir ki, bunu digər rəqiblərimizə də aid etmək olar."