Digər hücumçu Renat Dadaşovdan zəifdir

İngiltərənin “Vulverhempton” klubu futbolçu Brayt Enobaxare ilə yollarını ayıracaq. 

Sportline.az xəbər verir ki, "Wolves.vitalfootball" nəşri 22 yaşlı hücumçunun komandanın digər ön xətt oyunçuları - Renat Dadaşov, Raul Ximenes və Leonardo Kampanadan geri qaldığını bildirib. 

Nigeriyalı forvard son iki mövsüm aşağı liqalarda icarə əsasında çıxış etsə də, baş məşqçi Nunu Eşpiritu Santunun etimadını qazanmayıb. 

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb.