Dik Advokat vəzifəsindən ayrılıb
Dik Advokat Kurasao milli komandasındakı vəzifəsindən ayrılıb.
Sportline.az xəbər verir ki, 78 yaşlı niderlandlı mütəxəssis 2026-cı il Dünya Çempionatına vəsiqə qazanmaq uğrunda mübarizə aparan Kurasao yığmasından rəsmi şəkildə istefa verib.
Təcrübəli baş məşqçi açıqlamasında bildirib ki, qızının yaşadığı sağlamlıq problemləri səbəbindən bu qərarı vermək məcburiyyətində qalıb.
Dik Advokat Kurasaonu Dünya Çempionatına daşıyaraq böyük uğura imza atmışdı. Bununla da Kurasao mundiala vəsiqə qazanan ən kiçik FİFA ölkəsi kimi tarixə düşmüşdü.
Kurasao Dünya Çempionatında Almaniya, Ekvador və Fil Dişi Sahili yığmaları ilə qarşılaşacaq.