"Dinamo" - "Neftçi" oyununun biletləri satışda

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin iyulun 7-də keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Neftçi” matçının biletləri satışa çıxarılıb.

Sportline.az xəbər verir ki, bu barədə Tbilisi təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Oyunun biletləri bu gündən onlayn olaraq satışa çıxarılıb. Biletlər sabahdan matçın keçiriləcəyi “Dinamo Arena”nın kassalarında da satılacaq.

Oyuna bilet qiymətləri 5 laridən 20 lariyədək (2,70 manatdan 10,8 manatadək) təşkil edir.

“Neftçi” ilə “Dinamo” arasında ilk oyun iyulun 7-də Tbilisidə, cavab matçı isə 14-də Bakıda olacaq.