"Dinamo" Tbilisi rusiyalı baş məşqçi ilə vidalaşdı

Tanınmış rusiyalı mütəxəssis Vyaçeslav Qroznı Tbilisi "Dinamo"sundan ayrılıb. Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tərəflər bunun ailə vəziyyəti ilə əlaqədar olduğunu açıqlayıblar. Onun kiminlə əvəzlənəcəyi fevralın 13-də bilinəcək. Xatırladaq ki, 60 yaşlı məşqçi əvvəllər Moskva "Spartak"ı və Qroznı "Terek"indəki fəaliyyəti ilə tanınıb.