“Dinamo Zaqreb” “Real Betis”ə qarşı
UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün 6-cı turun oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, “Dinamo Zaqreb” “Maksimir” stadionunda “Real Betis”lə üz-üzə gələcək.
Xorvatiya klubunda itkilərin sayı kifayət qədərdir. Kardoso Varela, Mateo Lisika, Moreno Zivkoviç, Moris Valinçiç, Noa Mikiç, Raul Torrento və Robert Mudrazya zədəlidir.
Sevilya təmsilçisində isə Junior Firpo, Hektor Bellerin, İsko, Sofyan Amrabat zədə, Rikardo Rodrigez isə cəzalıdır.
Qeyd edək ki, start fiti 21:45-də səslənəcək oyunu gürcüstanlı hakim Qoqa Kikaçeşvili idarə edəcək.