Dino Ndlou Türkiyə klubunda

"Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu Türkiyə çempionatında çıxış edəcək.

Sportline.az xəbər verir ki, o, "Boluspor"un formasını geyinəcək. 

Ndlovu yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.

2016-2018-ci illərdə "Qarabağ"da oynayan Cənubu afrikalı hücumçu son dəfə "Çanqçun Yatay"ın formasını geyinib.