Dino Ndlovu: "Biz nə uğursuzlar, nə də uduzanlarıq"

"Aydındır ki, hamı "Çelsi"yə  məğlubiyyətə görə ümidsizdir. Ancaq biz "Qarabağ"ıq, ümidsiz olmamalıyıq".

Sportline.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Dino Ndlovu sosial şəbəkədə paylaşıb. O, azarkeşləri Çempionlar Liqasının qrup mərhələsində "Çelsi"yə məğlubiyyətə (0:6) görə ruhdan düşməməyə çağırıb: "Biz nə uğursuzlar, nə də uduzanlarıq. İstədiyimizi göstərə bilməyəndə və inkişafı dayandırdığımız vaxt “Allah həmişə böyükdür” deyib yolumuza davam edəcəyik".